Sentybarın 16-da, saat 12:00-da, Bakı İdman Sarayının Mətbuat konfransı otağında Yüksək Liqanın 2021/22 mövsümünün püşkatma mərasimi keçiriləcək.
 
Matc.az xəbər verir ki, tədbir KİV əməkdaşları üçün açıq olacaq. 
 
Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 8 komanda – "Araz" (Naxçıvan), "Neftçi" İK, EKOL, "Rekord club az", "Alyans" FK (Lənkəran), "Baku Fire", "Xilə" və U-19 - qeydiyyatdan keçib. Yarışa sentyabrın 24-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest