Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Slovakiyanın "Jilina" və çexiyanın "Yablonets" komandaları arasındakı cavab oyununda iş başında olacaq.
 
Xudiyev bu dəfə Estoniyadan olan hakimlər briqadasının işinə qiymət verəcək.
 
Qeyd edək ki, "Jilina" – "Yablonets" matçı avqustun 26-da Jilinada baş tutacaq. Bu komandalar arasındakı ilk oyunda çexiya təmsilçisi 5:1 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest