Yeni mövsümə hazırlığını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi son olaraq "Zaqatala"da çıxış edən Elçin Əlicanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
 
"Kəpəz" daha əvvəl İbrahim Qədirzadə, Cavid İmamverdiyev, Bəhruz Teymurov, İlkin Həsənli, Müşfiq Nadirov, Nicat Süleymanov, Vüqar Həsənov və Tural Rzayevi heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest