Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iki medal qazanıblar. Nurlan Osmanov (-73 kq) gümüş, İmran Yusifov (+100 kq) bürünc medala sahib olub.

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Matcaz xəbər verir ki, turnirdə Rusiya, Belarus, Qazaxıstan, Xorvatiya, Moldova, Tacikistan, Sloveniya, Qırğızıstan, Finlandiya, Niderland, Estoniya, İtaliya, Lüksemburq təmsilçiləri ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar. ümumilikdə qitə kuboku uğrunda 14 ölkədən 198 cüdoqi ustası qüvvəsini sınayıb. Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iki medal qazanıblar. Nurlan Osmanov (-73 kq) gümüş, İmran Yusifov (+100 kq) bürünc medala sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest