Tokio Yay Olimpiya Oyunlarında biabırçı çıxışla yadda qalan Lorentso Sotomayor Azərbaycan yığmasından kənarlaşdırıla bilər. Matc.az saytının əldə etdiyi məlumata görə, kubalı legionerin intizamsızlığı və "Gündoğar ölkə"də mübarizəni ilk görüşdəcə dayandırması Azərbaycan Boks Federasiyası (ABF) rəhbərliyinin səbrini daşırıb. 
 
Bununla bağlı yaxın günlərdə ABF iclas keçirəcək. Federasiyanın baş katibi Nağı Səfərov matc.az saytına bildirib ki, həmin toplantıda bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. 
 
69 kq çəki dərəcəsində mübarizə aparan kubalı legioner Olimpiadada ilk döyüşündə Gürcüstan boksçusu Əsgərxan Madiyevə uduzmuşdu.  
 
Lorentso Azərbaycan yığmasına 2014-cü ildə cəlb olunub. Hazırda 36 yaşı olan idmançının Rio Olimpiadasında qazandığı gümüş medaldan başqa hansısa ciddi uğuru yoxdu. Gününü daha çox sosial şəbəkələrdə, qızlarla kef məclisi təşkil etməklə keçirən Sotomayorun bu dəfə federasiyanın cəzasından qaçacağı inandırıcı deyil. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest