Ardıcıl 4 olimpiadada medal qazanan güləşçi bunununla veteran voleybolçumuz İnna Rıskalın rekorduna şərik olmaqla, adını Azərbaycan idman tarixinə yazdırıb.

Mariya Stadnik ardıcıl 4-cü dəfə Yay Olimpiya Oyunlarının medalını qazanıb. 50 kq çəki dərəcəsində çıxış edən Stadnik bürünc medal uğrunda görüşdə Monqolustan pəhləvanı Namunseqseq Soqt Oxirlə üz-üzə gəlib. Pəhləvanımız yarımfinaldakı məğlubiyyətin heyfini sanki Monqolustan idmançısından çıxıb.
 
Hesabda 10 xal fərqi ilə irəli çıxan Stadnik bununla görüşü vaxtından əvvəl başa vurub. Mariyanın qazandığı bürünc medal Azərbaycanın Tokio Olimpiadasında əldə etdiyi 7-ci mükafat olub.
 
Qeyd edək ki, Stadnik Pekin-2008-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medala layiq görülüb. Ardıcıl 4 olimpiadada medal qazanan güləşçi bunununla veteran voleybolçumuz İnna Rıskalın rekorduna şərik olmaqla, adını Azərbaycan idman tarixinə yazdırıb.
Bakılı İnna Rıskal keçmiş SSRİ-nin voleybol yığmasının heyətində Tokio-64 (gümüş), Mexiko-68 (qızıl), Münhen-72 (qızıl) və Monreal-76 (gümüş) Olimpiya Oyunlarının medallarını qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest