Əlavə vaxtda isə Malkom vurduğu qolla Braziliyaya qələbə qazandırıb. Bu, "sarı-yaşıllar"ın Olimpiadalar tarixində ardıcıl və toplamda ikinci çempionluğudu.

Tokio Yay Olimpiya Oyunlarında futbol yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki, son olaraq kişi futbolçuların mübarizəsində qalib müəyyənləşib. Finalda Braziliya və İspaniya milliləri qarşılaşıblar. 38-ci dəqiqədə Braziliya penalti qazanıb. Lakin Rişarlisonun zərbəsi dəqiq olmayıb. Matçda hesab ilk hissəyə artırılmış dəqiqələrdə açılıb. Mateus Kunya cənubi amerikalıları önə keçirib. 61-ci dəqiqədə Mikel Oyarsabal fərqlənərək oyuna tarazlıq gətirib. Əsas vaxtda başqa qol olmadığından, əlavə vaxta ehtiyac yaranıb. Əlavə vaxtda isə Malkom vurduğu qolla Braziliyaya qələbə qazandırıb. Bu, "sarı-yaşıllar"ın Olimpiadalar tarixində ardıcıl və toplamda ikinci çempionluğudu.
 
Tokio-2020
Futbol (kişilər), final 
 
Braziliya - İspaniya - 2:1 (əlavə vaxt)
Qollar: Kunya (45+2), Malkom (108) - Oyarsabal (61)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest