İyulun 15-dən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşıb.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabıyla bitib. Qarşılaşmanın ilk yarısında rəqib hesabı açsa da, 74-cü dəqiqədə Veysəl Rzayev “Sabah”ı məğlubiyyətdən xilas edib. 90 dəqiqə heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saburtalo” 4:2 üstün olub. Oyundan sonra qalib komandaya xatirə kuboku təqdim edilib.

“Sabah” Tiflis toplanışı çərçivəsində daha öncə “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşmışdı.

Yoxlama oyunu
28 iyul

Sabah – Saburtalo 1:1 (penaltilər 2:4)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest