İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.
 
21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Almaniya mətbuatının xəbərinə görə, "Mançester Yunayted" ingilis yarımmüdafiəçi üçün "Borussiya"ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, Ceydon Sonçu 2020/2021 mövsümündə "Borussiya"da 38 oyuna çıxıb, 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest