"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.

UEFA çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.
 
5 dəfə çərçivəni dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada ikinci sırada qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.
 
"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.
 
İlk sırada Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.
 
Qeyd edək ki, "Neftçi" çempionlar Liqasının II təsnifar mərhələsinin ilk oyununda Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest