çimərlik voleybolu üzrə çexiya yığmasının məşqçisi Simon Nauş Tokio Olimpiadasında koronavirusa yoluxub. Matc.az xəbər verir ki, mütəxəssis dərhal Olimpiya kəndindən kənarlaşdırılıb.

Nauş çexiya Olimpiya komandasında üçüncü, olimpiadaya akkreditasiya alan insanlar arasında isə koronavirusa yoluxan 72-ci şəxsdi. Hazırda çexiya rəsmiləri Tokio Olimpiadasının Təşkilat Komitəsi ilə idmançıların mümkün təcrid olunmasını müzakirə edirlər.

Qeyd edək ki, Nauş qadın duetinin şəxsi məşqçisidi.

Olimpiadada çimərlik voleybolu yarışları iyulun 24-dən avqustun 7-dək davam edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest