"Legia"nın baş məşqçisi çeslav Mixneviçin və hücumçu Mahir Emrelinin çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Bude-Qlimt"lə (Norveç) cavab matçından əvvəl mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az xəbər verir ki, tədbir bu gün, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 
Mətbuat konfransı "Legiya"nın "youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.
 
Sabah keçiriləcək "Legiya" – "Bude-Qlimt" matçı saat 22:00-da başlayacaq. Komandalar arasında Norveçdə baş tutan ilk oyunda "Legiya" 3:2 hesabıyla qalib gəlib. Azərbaycanlı hücumçu Mahir Emreli həmin görüşdə iki qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest