Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.

İyunun 25-də Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə Yaşar Doğu turniri start götürüb. Matc.az xəbər verir ki, ənənəvi yarışdakı yeganə təmsilçimiz Şərif Şərifov (97 kq) mübarizəyə 1/4 finaldan qoşulub.
 
Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.
 
Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest