Məşhur boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Uolşun ilk peşəkar döyüşünə çıxacağı vaxt bilinib. Matc.az xəbər verir ki, 20 yaşlı idmançı avqustun 14-də rinqə çıxacaq. Əlinin orta çəkidə döyüşəcəyi rəqibinin adı isə hələ məlum deyil.
 
Məhəmməd Əli 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi tarixə keçib. Əli 2016-cı ildə, 74 yaşında vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest