Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. Matc.az xəbər verir ki, idmançımız iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq "Akın döyüş arenası" çərçivəsində qüvvəsini sınayacaq.
 
77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma "Yahya Kemal Beyatlı Göstəri Mərkəzi"ndə baş tutacaq.
 
Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest