İtaliyanın "Kalyari" klubu baş məşqçi Eusebio Di Françesko ilə müqaviləyə xitam verib.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, "Kalyari" Di Françeskonu fevralın 22-də istefaya göndərmişdi. Lakin onun klubla müqaviləsi qüvvədə idi. İyunun 7-də tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.
 
Di Françesko "Kalyari"yə ötən ilin 3 avqustundan etibarən rəhbərlik edirdi. 52 yaşlı mütəxəssis köməkçiləri ilə birgə qovulmuşdu. Klub rəhbərliyi onu Leonardo Sempliçi ilə əvəz edib. 54 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Onun rəhbərliyi altında komanda geridə qalan mövsümü 16-cı pillədə başa vurub və elitadakı yerini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest