İtaliyanın “İnter” klubundan ayrılan Antonio Konte İngiltərədə işləyə bilər.
 
Matc.az xəbər verir ki, italyan mütəxəssis “Tottenhem” komandasına baş məşqçi təyin oluna bilər.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Kontenin London təmsilçisi ilə danışıq apardığı bildirilib.
 
Konte bir müddət əvvəl “İnter”lə yollarını ayırıb. “Neradzurra” onun rəhbərliyi altında A Seriyasında 2020/21 mövsümünün qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest