Birinci Divizionda çıxış edən ən azı 2 kluba 2022/23 mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılacaq

Birinci Divizionda çıxış edən ən azı 2 kluba 2022/23 mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul olunub.
 
Qərarda bildirilir ki, Birinci Divizion klubları sponsor tapmaqda çətinliklər çəkirlər. Bu üzdən də 2021/22 mövsümündən başlayaraq Birinci Divizionda çıxış edən ən azı 2 kluba sponsorların tapılmasındn kömək göstəriləcək. Həmin sponsorlar divizion klublarına 2022/23 mövsümündən etibarən sponsorluq edə biləcəklər. 
 
Qeyd edək ki, növbəti mövsüm üçün Birinci Divizion klublarından heç biri Premyer Liqa ilə bağlı lisenziya şərtlərini yerinə yetirə bilməyib. AFFA pandemiya ilə bağlı ortaya çıxan çətinlikləri də nəzərə alaraq, Premyer Liqada növbəti mövsüm də ötən mövsüm çıxış etmiş komandalar iştirakına qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest