Lider "Beşiktaş" bu turda "Fatih Karagümrük"ü sınağa çəkib. İstanbul klubu bu görüşdən də xalsız ayrılıb. Turnir cədvəlinin ikinci pilləsində yer alan "Fənərbaxça"nın rəqibi 17 oyundur məğlub olmayan "Sivasspor" olub. Maraqlıdır ki, bu oyunda da çempionluğa oynayan komanda məğlubiyyətlə üzləşib.

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.Matc.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
 
"Konyaspor" – "Trabzonspor", "Yeni Malatyaspor" – "Hatayspor" və "Başakşəhər" – "Kayserispor" matçlarında qalib müəyyənləşməyib.
 
"Kasımpaşa" "Ankaragücü"nü, "Gənclərbirliyi" isə "Göztəpə"ni məğlub yola salıb. "Qaziantep" evdə "Rizəspor"a uduzubsa, "Alanyaspor" da "Ərzurumspor"la görüşdən xalsız ayrılıb.
 
Lider "Beşiktaş" bu turda "Fatih Karagümrük"ü sınağa çəkib. İstanbul klubu bu görüşdən də xalsız ayrılıb. Turnir cədvəlinin ikinci pilləsində yer alan "Fənərbaxça"nın rəqibi 17 oyundur məğlub olmayan "Sivasspor" olub. Maraqlıdır ki, bu oyunda da çempionluğa oynayan komanda məğlubiyyətlə üzləşib.
 
ötən tur İstanbul derbisində "Beşiktaş"a qalib gələn "Qalatasaray" isə bu dəfə Super Liqanı tərk edəcəyi dəqiqləşən "Dənizlispor"un qonağı olub. Səfərdə darmadağına sevinən İstanbul təmsilçisi, turnir cədvəlində "Fənərbaxça"nı geridə qoyub və "Beşiktaş"la xallarını bərabərləşdirib.
 
Türkiyə Super Liqası
41-ci tur
11 may
 
Konyaspor – Trabzonspor 1:1
Qol: Hacıahmetoviç, 82 – Baker, 64.
 
Başakşəhər – Kayserispor 0:0
 
Dənizlispor – Qalatasaray 1:4
Qol: R.Niyaz, 62 – İ.Dervişoğlu, 22. Babel, 35-pen. M.Məhəmməd, 87-pen; 89.
 
Kasımpaşa – Ankaragücü 3:1
Qol: Haderqyonay, 9-pen. A.Koç, 13. M.Yıldırım, 90+6 – Badji, 85.
 
Qaziantep – Rizəspor 4:5
Qol: Maksim, 47. M.Demir, 49; 86. Djilobodji, 89 – T.Tosun, 7. İ.Köybaşı, 32. Soderlund, 45+2. Sabo, 60. Samudio, 79.
 
Beşiktaş – Fatih Karagümrük 1:2
Qol: Gezzal, 54 – Bertolaççi, 39. Borini, 80.
 
Gənclərbirliyi – Göztəpə 5:3
Qol: Angelo, 44. Ayite, 50. Stanku, 56; 83. M.Mert, 70 – İdeye, 12. Y.Kayan, 31. B.Şimşek, 51.
 
Alanyaspor – Ərzurumspor 2:3
Qol: E.Karaca, 30-pen; 41-pen – Raşani, 45+1; 73. C.Alkılıç, 84.
 
Fənərbaxça – Sivasspor 1:2
Qol: Sisse, 90+2 – Kayode, 45+1. H.Arslan, 48.
 
Yeni Malatyaspor – Hatayspor 1:1
Qol: A.Büyük, 64 – Diuf, 45.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest