FİFA futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə – Meksika oyununun yerinin dəyişdirilməsi imkanlarını ciddi şəkildə nəzərdən keçirir.

Matc.az xəbər verir ki, insayder Sami Mokbel bu barədə məlumat yayıb.

Bildirilir ki, belə bir qərarın qəbul edilməsinə iyulun 6-na proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəb ola bilər. Sinoptiklərin məlumatına görə, qarşılaşmanın baş tutacağı Mexiko şəhərində güclü şimşək çaxacağı və fırtına qopacağı gözlənilir.

Bakı vaxtı ilə gecə saat 04:00-a planlaşdırılan oyunun vaxtı iyulun 5-i saat 19:00-a keçirilə bilər.

Xatırladaq ki, meksikalılar əvvəlki mərhələdə Ekvadoru üstələyib, İngiltərə isə çətinliklə də olsa, Konqoya qalib gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest