Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Lider "Atletiko" burada "Barselona"nın qonağı olub. Kataloniya təmsilçisi bu matçda qələbə qazansa və "Real" xal itirsə, liderliyə yüksələcəkdi. Amma bəlkə də çempionluğun taleyini həll edəcək bu oyunda qapılara qol vurulmayıb.
Dörd qolun qeydə alındığı "Alaves" – "Levante" və "Atletik" – "Osasuna" matçlarında da qalib müəyyənləşməyib. "Kadis" isə "Hueska" üzərində qələbəyə sevinib.
İspaniya La Liqası
25-ci tur
7 may
Real Sosyedad – Elçe 2:0
Qol: Elustondo, 72. Oyarzabal, 90+2.
8 may
Alaves – Levante 2:2
Qol: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.
Barselona – Atletiko 0:0
Kadis – Hueska 2:1
Qol: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.
Atletik – Osasuna 2:2
Qol: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.
9 may
16:00. Xetafe – Eybar
18:15. Valensiya – Valyadolid
20:30. Vilyarreal – Selta
23:00. Real – Sevilya
10 may
23:00. Betis – Qranada