Bu gün kişi voleybolçular arasında 2021-ci il Avropa çempionatının seçmə  mərhələsi start götürüb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunun oyunları Gürcüstanda keçirilir. Yığmamız ilk görüşündə Monteneqro ilə üz-üzə gəlib və məğlub olub.

Qrupun digər görüşündə Gürcüstan Yunanıstanla qarşılaşacaq.

2021-ci il Avropa çempionatı  
Seçmə mərhələ
F qrupu, I tur

Azərbaycan - Monteneqro - 1:3 (23:25; 21:25; 25:21; 15:25)
Tbilisi, Yeni Voleybol Arenası. Hakimlər: Dobromir Dobrev (Bolqarıstan), Erdal Akınçı (Türkiyə)

Qeyd edək ki, komandamız sabah Gürcüstan, ertəsi gün Yunanıstanla üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest