Futbol üzrə Azərbaycan Kubokunun final görüşündə nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.
 
Matc.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, "Sumqayıt" və "Keşlə" klublarının nümayəndələri iştirak ediblər.
 
PFL texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, "Sumqayıt" idman direktoru Zamiq Hüseynov, "Keşlə" isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub.
 
Püşkün nəticəsinə əsasən "Keşlə" nominal meydan sahibi olub.
 
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest