Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.
 
Son dövrlər uğursuz çıxış ilə seçilən "Tottenhem" bu dəfə "Vest Hem"lə səfər oyunundan məğlub ayrılıb.
 
"Aston Villa"nın qonağı olan "Lester Siti" isə turu qələbəylə başa vurub. "Mançester Yunayted" də doğma meydanda "Nyukasl" üzərində inamlı qələbəyə sevinib.
 
Lider "Mançester Siti" də London səfərində "Arsenal"ın qonağı olub. "Şəhərlilər" bu görüşdə minimal hesablı qələbə qazanıblar.
 
İngiltərə Premyer Liqası
25-ci tur
19 fevral
 
Vulverhempton – Lids 1:0
Qol: Melye, 64-öz qapısına.
 
20 fevral
 
Sauthempton – çelsi 1:1
Qol: Minamino, 33 – Mount, 54-pen.
 
Bernli – Vest Bromviç 0:0
 
Liverpul – Everton 0:2
Qol: Riçarlison, 3. Siqurdsson, 83-pen.
 
Fulhem – Şeffild Yunayted 1:0
Qol: Lukman, 61.
 
21 fevral
 
Vest Hem – Tottenhem 2:1
Qol: Antonio, 5. Linqard, 47 – Lukas, 64.
 
Aston Villa – Lester 1:2
Qol: Traore, 48 – Meddison, 19. Barnes, 23.
 
Arsenal – Mançester Siti 0:1
Qol: Sterlinq, 2.
 
Mançester Yunayted – Nyukasl 3:1
Qol: Reşford, 30. Ceyms, 57. B.Fernandes, 75-pen – Maksimin, 36.
 
22 fevral
 
00:00 Brayton – Kristal Pelas

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest