Matc.az sizi "Qarabağ"ın müdafiəçisi Kevin Medinanın müsahibəsi ilə tanış edir:
 
- Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ"ni mübarizədən kənarlaşdırdınız. İlk görüşdə 3:1, cavab matçında isə 3:0 hesablı qələbə qazandınız. Bu görüşlərin asan keçdiyini düşünürsünüzmü?
- İki oyunun nəticələrinə baxanda qələbəmiz asan görünə bilər. Amma asan qarşılaşma yoxdur. "Qəbələ" hörmətə layiq komandadır. Lakin hər iki görüşdə üstün tərəf biz idik.
 
- Cari mövsüm bir çox görüşdə böyük hesablı qələbələr qazanmısınız. Premyer Liqadakı digər komandalarla səviyyə fərqi o qədərmi çoxdur?
- Xeyr. Bugünkü futbolda bir komanda digərini məğlub edirsə, başqa səbəbləri var. Yaxşı nəticə hər komandanın səviyyəsi yox, konsentrasiya və qələbə istəyi ilə əlaqədardır. çempionatdakı komandalar arasında səviyyə fərqi çox deyil.
 
- Yəni, "Qəbələ" sizinlə matçlarda oyuna köklənə bilmədi?
- Cavab matçında birinci oyundakı istəklərini hiss etmədim.
 
- Premyer Liqanın XV turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş haqqında nə deyə bilərsiniz?
- Hər iki komanda üçün gözlənilən qarşılaşmadır. çox maraqlı oyun olacaq. Bundan əvvəlki iki görüşdə hər komanda bir qələbə qazanıb və turnir cədvəlində də bir-birilərinə yaxındırlar.
 
- Bu görüşdə hansı nəticə qeydə alına bilər?
- Həqiqətən bu barədə bir fikrim yoxdur. Ancaq qarşıda hədəflərimiz var. İnanıram ki, istədiyimiz nəticəni qazana biləcəyik.
 
- Rəqibinizin güclü tərəflərini bilirsiniz?
- Hansı komandanı analiz edən futbolçu deyiləm. Amma "Neftçi"nin yaxşı oyunçuları, yarımmüdafiəsi və kollektivi var.
 
- Bu görüş çempionun taleyinə nə dərəcədə təsir edəcək?
- Qarşıda Premyer Liqanın hələ çox oyunu var. Amma şübhəsiz ki, qələbə qazansaq, bir az üstünlük əldə edəcəyik.
 
- "Neftçi" kubokda mübarizəni dayandırıb. Bu amil qarşıdakı görüşdə rəqibinizə mənfi təsir edə bilərmi?
- Belə düşünmürəm. Onlar da çempionluğu hədəfləyiblər. Kubokda uduzsalar da, artıq Premyer Liqaya daha çox konsentrasiya olublar. (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest