Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə"yə qarşı cavab matçının sonlarında zədələnərək əvəzlənən Ruslan Süleymanovun durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klubun tibb personalından verilən məlumata görə, MRT müayinəsi zamanı futbolçunun diz oynaq sistemində bağlar və vətərlərdə kəskin dərəcədə dartılma olduğu, ödem yarandığı üzə çıxıb.
 
Süleymanovun müalicəsi 3 həftə davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest