Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək cavab oyunlarından ikisinə hakim təyinatları açıqlanıb.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" - "Qarabağ" matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
"Səbail" - "Sumqayıt" görüşü isə Orxan Məmmədova tapşırılıb.
 
Qeyd edək ki, ilk oyunda "Qarabağ" evdə "Qəbələ"ni 3:1, "Səbail" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında "Keşlə" "Kəpəz"in, "Neftçi" "Zirə"nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də baş tutacaq.
 
Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
6 fevral
 
15:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
 
18:00. "Səbail" – "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. "ASCO Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest