"Bəhlul "Sabah"ın futbolçusudur, onu buraxıb-buraxmamaq öz işləridir". Matc.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
 
O bildirib ki, bununla bağlı klubla əlaqə saxlayıb, maraqlanıblar: "Orada vəziyyət mətbuatda yazılan kimi deyil, bir az fərqlidir. Klubun qərarına hörmətlə yanaşırıq".
 
Qeyd edək ki, Danimarkanın "Veyle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərib. Lakin klub 24 yaşlı müdafiəçini buraxmaqdan imtina edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest