Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Naft MİS" ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Cənubi Azərbaycanın daha məşhur "Traktor" klubu isə bu tur səfərdə "Sanat Naft"a uduzub – 1:2.
 
8 turdan sonra 12 xalı olan "Traktor" 16 kollektiv arasında 5-ci, 2 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest