İngiltərənin "Mançester Yunayted" klubu yeni rekorda imza atıb.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqa klubları ilə ardıcıl 13 səfər oyununda qələbə qazanan ilk komanda olub.
 
"Mançester Yunayted" bu göstəriciyə "Everton"la səfər matçında nail olub. Ole-Qunnar Sulşerin rəhbərlik etdiyi kollektiv İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində Mersisayd təmsilçisini 2:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest