09 Noyabr 2020, 10:03
FUTBOL
"Açığı, əsəbiləşdim, çünki bu heç-heçə komandamız üçün yaxşı nəticə deyil". Matc.az xəbər verir ki, bunu "Milan"ın futbolçusu Zlatan İbrahimoviç deyib.
İtaliya A seriasının VII turunda "Verona" ilə görüşdə penaltini qaçıran isveçlinin bu uğursuzluğa münasibəti belə olub: "Bu qədər şansımız var idi, penaltidən yararlana bilmədim və düşünürəm ki, növbəti dəfə 11 metrlik nöqtəyə yaxınlaşmayacam. İndi "Milan" üçün əsas turnir cədvəlində irəlilmək və özünəinamı itirməməkdi. Mövcud vəziyyəti nəzərə alsaq, hər oyunda qələbə qazanmaq istəyirik".