09 Noyabr 2020, 09:54
FUTBOL
Kamerun yığmasının və "Barselona"nın keçmiş hücumçusu Samuel Eto avtomobil qəzasına düşüb. Matc.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Kamerun bölgələrindən birində avtobus Samuelin avtomobilinə çırpılıb. Yerli KİV qəzanın çox ciddi olduğunu və toqquşma yerinə təcili tibbi yardım maşınının gəldiyini, oyunçuya kömək etdiyini yazır. Həkimlərin Samuelin ciddi şəkildə xəsarət almaması üçün əlavə müayinələr apardıqları da bildirilir.
Eto Madrid "Real"ı, "Barselona", İtaliyada "​İnter", İngiltərədə "çelsi" kimi klublarda forma geyinib. 3 dəfə çempionlar Liqasını, 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İtaliya A Seriyasının qızıl medalını qazanıb.