09 Dekabr 2018, 15:27
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Daniel Staricin başı dərdə girib. Matç.az saytının məlumatına görə, buna səbəb futbolçunun qeyri-qanuni mərc oyununda iştirakıdır.
Mart ayında başlayan istintaq artıq yekunlaşmaq üzrədir. İngiltərə Futbol Federasiyası futbolçuya müdafiə üçün əlavə vaxt verib. Əgər futbolçu özünü təmizə çıxara bilməsə, onu 6 ay futboldan uzaqlaşdırma cəzası gözləyir.
Qeyd edək ki, iddiaya görə, Staric öz transferi üzərinə mərc oyununda iştirak edib. O, "Milan"a keçidi gündəmdə olarkən bu transferin reallaşıb-reallaşmayacağına görə 10 min sterlinq məbləğində pul qoyub.

 
             
 















