Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi tunisli müdafiəçi Yassine Meriahı heyətinə qatıb.
 
Rizə klubu 27 yaşlı futbolçunu Yunanıstan "Olimpiakos"undan 1 illik icarəyə götürüb.
 
Qeyd edək ki, Meriah geridə qalan mövsümün ikinci dövrəsini də Türkiyənin digər klubu "Kasımpaşa"da icarədə keçirmişdi. Tunis yığmasının da üzvü olan futbolçu 2018-ci ildən "Olimpiakos"dadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest