FİFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.
Matc.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub. Buna səbəb, "Rubin"in 2018-ci ildə Sloveniyanın "Olimpiya" klubundan heyətinə qatdığı Filip Uremoviçin transfer məbləğini Lyublyana təmsilçisinin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.
FİFA-ya müraciət edən "Olimpiya" "Rubin"in cəzalandırılmasına nail olub. Kazan klubu "Olimpiya"ya cəriməni ödəyənə qədər yeni futbolçu transfer edə bilməyəcək.
Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var.