Ukraynanın "Aleksandriya" klubu növbəti yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub "çerkaşina" ilə qarşılaşıb.
"Aleksandriya" aşağı liqa təmsilçisi ilə oyunda darmadağına sevinib - 5:0. Paşayev də bu görüşün iştirakçısı olub.
Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.