"Bavariya" "Leyptsiq"in hücumçusu Timo Verneri heyətinə qatmaqdan imtina edib. Matc.az "Bild"ə istinadən xəbər verir ki, buna səbəb oyunçun yüksək maliyyətə sahib olmasıdır.

Məlumata görə, rəhbərlik Vernerin agenti ilə danışıqları dayandırıb. Münhen təmsilçisi koronavirus epidemiyası səbəbindən yaranan maliyyə böhranında yüksək qiymətdə oyunçu transfer edə bilməyəcək.

Almaniyalı forvard "Leyptsiq"lə müqaviləsini 2023-cü ilə qədər uzatsa da, onun komandadan ayrılacağı bildirilir.

Qeyd edək ki, 24 yaşlı hücumçu "Liverpul"un da maraq dairəsindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest