17 Mart 2020, 09:30
FUTBOL
"İnter" "Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal ilə maraqlanır. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, qışda komandanın baş məşqçisi Antonio Konte 32 yaşlı çililiyə Milan klubuna keçməyə təklif edib. Ancaq futbolçu "Barselona"da forma şansı qazandığı üçün bundan imtina edib. İtaliyalı mütəxəssisin Vidalı A Seriyasına gətrimək üçün yenidən onunla danışacağı bildirilir.
Bu transfer eyni zamanda "İnter"dən Kataloniya klubuna getməsi gözlənilən Lautaro Martinesin keçidin də rol oynaya bilər. Belə ki, Vidalın qaytıması argentinalı futbolçunun qiymətinin 20-25 milyon azalmasına səbəb ola bilər.