"Liverpul"un sabiq baş məşqçisi Rafael Benites "qırmızılar"ı çalışdırdığı dönəmdəki çatışmamazlıqlardan danışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmin dövrdəki maliyyə problemindən söz açıb:

"Bizim pulumuz çox deyildi. "Liverpul"da transfer büdcəsi 17 milyon avro idi. Belə bir vəziyyətdə rəqabət etmək çətindir. Futbolçu satmalıydıq. Maskerano, Xavi Alonso, Fernando Torres ilə ayrılmağa məcbur qaldıq. Rəqibləri yaxalamağın yeganə yolu bu idi. Ancaq son üç-dörd ildə komandaya yaxşı yatırım edildi. Klub bir neçə uğurlu transfer etdi. Bundan başqa, fikirləri rəhbərlikdən tərəfindən eşidilən bir məşqçiləri də var".

Qeyd edək ki, Benites 2004-2010-cu illərdə "Liverpul"un baş məşqçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest