"Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra üzərimizdə təzyiq var. Azərbaycan millisi Uelsə çətin anlar yaşatdı. Yalnız son dəqiqələrdə bəxtsizlik nəticəsində qol buraxdı. Sabahkı oyunun ağır keçəcəyini deyə bilərəm". Bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Azərbaycan milli komandası ilə keçirəcəkləri AÇ-2020-nin seçmə mərhələ matçından əvvəl mətbuat konfransında deyi

"Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra üzərimizdə təzyiq var. Azərbaycan millisi Uelsə çətin anlar yaşatdı. Yalnız son dəqiqələrdə bəxtsizlik nəticəsində qol buraxdı. Sabahkı oyunun ağır keçəcəyini deyə bilərəm". Matc.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Azərbaycan milli komandası ilə keçirəcəkləri Aç-2020-nin seçmə mərhələ matçından əvvəl mətbuat konfransında deyib.
 
55 yaşlı mütəxəssis start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəklərini bildirib. O, sabahkı oyunda yalnız qələbəni düşünəcəklərini bildirib: "Qalib gəlsək, Uelsdə bərabərlik də bizi qane edəcək. Rəqibə hörmətlə yanaşırıq. Xüsusən, indiki dövrdə Azərbaycanı məğlubiyyətin qane etməyəcəyini anlayırıq".
 
İtaliyalı baş məşqçi bəzi oyunçularında Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları matçdan sonra formalaşmış hissləri aradan qaldırdıqlarını bildirib: "Qarşılaşmadan sonra dərhal Azərbaycanla matçın hazırlığına başladıq. Qarşımızdakı vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi sabah görəcəyik".
 
Rossi bütün futbolçulardan yararlanmaq durumunda olduqlarını açıqlayıb: "Mən bu komandanın rəhbəriyəm. Heç bir çağırılmış və ya çağırılmamış futbolçunu hesabdan silmirik. Oyunçuların ola bilər ki, heç də hamısı məğlubiyyətin yükünü üzərindən ata bilməyib".
 
Təcrübəli mütəxəssis yalnız qələbəni düşündüklərini, əks halda, məsuliyyətin yükünü anladıqlarını diqqətə çatdırıb: "Azarkeşlər nəticədən razı qalmasalar, mənim getməyim təbii olacaq".
 
Baş məşqçi Azərbaycan millisinin üstün cəhətlərini də sadalayıb: "Eddi İsrafilovun milliyə qayıdışını xüsusi qeyd edərdim. Onunla yanaşı, Riçard Almeyda və Qara Qarayev orta xəttdə çox sürətli görünürlər, Ramil Şeydayevin hücum xəttini doldurub, cinah oyunçuları da yaxşı təsir bağışlayırlar. Biz Azərbaycan millisini incələmişik. Baxaq görək, işimizin öhdəsindən necə gələcəyik". (Report)
 
Qeyd edək ki, oktyabrın 13-də "Qroupama Arena"da keçiriləcək Macarıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest