16 Avqust 2019, 13:05
FUTBOL
"Monako"nun hücumçusu Radamel Falkaonun "Qalatasaray"a keçidi reallaşmaq üzrədi. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, kolumbiyalı forvard gələn həftə İstanbula səfər edəcək.
Knyazlıq klubunun prezidenti Dmitri Rıbovlev futbolçudan həftəsonu "Mets"lə qarşılaşmada iştirak etməyi və komandanın ilk qələbəsinə kömək etməyi xahiş edib. 33 yaşlı forvardın avqustun 19-da və ya 20-də Türkiyəyə yollanması gözlənilir.
Qeyd edək ki, "Qalatasaray"ın Falkaonun keçidi üçün qarşı tərəfə pul ödəməyəcəyi bildirilir.












