Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar. Nuriyev sonadək oynayıbsa, Əhmədzadə 66-cı dəqiqədə əvəzlənib.
"Matça yaxşı başladıq, vaxtında qol vurduq və fasiləyə öndə yollandıq. Fasilədən sonra konsentrasiyada bir qədər azalma oldu. Rəqib üçün penalti yaratdıq. İkinci hissədə həmin epizodadək rəqibin qol şansları belə, yox idi. Buraxdığımız topdan sonra xarakter göstərdik və bizim üçün vacib olan 3 xalı aldıq".
"Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək"
"Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadı. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.