"Sabah" yeni formalarını təqdim etdi
"Sabah" klubu 2019-20 mövsümündə istifadə edəcəyi formaları təqdim edib. Formalar "Macron" firması tərəfindən, klubun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb. Ev oyunları üçün nəzərdə tutulmuş forma klubun əsas - göy-ağ rənglərindədi.