Albaniya çempionu "Partizani" transfer çalışmalarını davam etdirir. Komanda Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi heyətini daha 2 oyunçu ilə gücləndirib.
Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" matçının hakimləri müəyyənləşib. UEFA Tiranadakı görüşü islandlara həvalə edib. Qarşılaşmanın baş hakimi Horvaldur Arnason olacaq.
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Müdafiəçi Labinot İbrahimi karyerasını Tirana təmsilçisində davam etdirəcək. 33 yaşlı sağ cinah oyunçusu başa çatan müqavilə müddətini uzadıb.
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçunu transfer edib. Tirana təmsilçisi yarımmüdafiə xəttini gücləndirib. "Partizani" "Şkupi"dən yenicə ayrılan və azad agent statusu daşıyan Rron Broxanı heyətinə cəlb edib.
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. Oyun iyulun 10-da Tiranada baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.
"Qriqorçuk "Astana"ya ötən il gəlib. O, Superkuboku qazandı, komandasını Avropa Liqasının qrupuna daşıdı. "Astana" Qriqorçukla avrokubokda uğur qazanan yeganə komanda deyil. O, 2014-2018-ci illərdə çalışdırdığı "Qəbələ" ilə də bunu bacarıb. Düzdü, Azərbaycanda titul qazanmadı, lakin komandası müntəzəm avrokubokda yer aldı. "Qəbələ"nin seçmə mərhələlərdə "Dinamo" (Tbilisi), "Apollon", "Panatinaikos", "Maribor", "Lill" zəfərlərini vurğulamaq kifayətdi".
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib. Ölkə çempionu Albaniya klubunu "Dalğa Arena"da qəbul edəcək. Həmçinin ağdamlılar II mərhələyə yüksələcəyi təqdirdə də rəqibini bu stadionda qonaq edəcək.
"Mənim ilk günüm idi. Pozitiv görüşümüz oldu, xoş şeylər gördüm, məmnun qaldım. İnkişaf etmək, böyümək istəyən və məni gözəl işlər görəcəyimizə inandıran kollektiv gördüm. Çempionlar Liqasında rəqibin adına önəm vermirəm".
Avrokuboklarda yeni mövsümün ilk püşkü atılıb. Çempionlar Liqasında ilkin mərhələnin püşkatma mərasimi keçirilib. Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.