"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
 
Matc.az xəbər verir ki, bu barədə o, "Einfach mal Luppen" podkastında açıqlama verib:
 
“Riyaziyyatla məşğul olmaq lazım deyil. Hər zaman istədiyimiz budur - finalda oynamaq. Və bu oyun finala bərabərdir.
 
Təbii ki, evdə oynayacağımızdan üstünlük kimi istifadə etməyə çalışacağıq. Ümid edirəm ki, bu bir avantaj olacaq. Ancaq bu səviyyədə digər komandanın öz futbolunu oynaya bilməyəcək dərəcədə qorxutması nadirdir".
 
Qeyd edək ki, matç bu gün saat 23:00-da start götürəcək. 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest