AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, bu gün baş tutan iclasda Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Qarabağ” – “Neftçi” oyunu (5:0) ilə bağlı qərarlar açıqlanıb.

Qarşılaşmada “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimələnib.

“Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.

Oyunun 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərərin klub tərəfindən ödənilməsinə qərar verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest