"Bavariya"nın baş məşqçisi Tomas Tuxel gələcək karyerası haqda danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis "Bayern & Germany"yə açıqlama verib:
 
“Deməliyəm ki, “Bavariya”da olma ehtimalım çox azdır, çünki bizim razılaşmamız var, hazırda buna əməl etməmək üçün heç bir əsas yoxdur. Biz bu mövqedən çıxış etdik, təşəbbüs klubdan gəldi və mən buna sevindim.
 
Əlavə rəqabət qabiliyyətim üçün buna ehtiyacım yoxdur, çünki həmişə qalib gəlmək əzmindəyəm, həmişə heyəti necə təkmilləşdirmək və ya məşqçi kimi özümü necə inkişaf etdirmək barədə düşünürəm.
 
Ola bilsin ki, mən tətilə gedəcəm, nə olursa olsun... Baxacağıq, görəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest