"Qalatasaray" "Çelsi"nin hücumçusu Hakim Ziyeşi tam transfer etmək opsiyasını aktivləşdirib.
 
Matc.az məşhur insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, London klubu müqaviləni təsdiq edən sənədi İstanbula göndərib.
 
31 yaşlı mərakeşli ötən ilin avqustunda "qırmızı-qaralar"a icarə əsasında keçmişdi. O, komandanın heyətində 21 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, "Çelsi" Ziyeşi 2020-ci ilin yayında "Ayaks"dan 40 milyon avroya transfer etmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest