Futbol üzrə Azərbaycan yığmasının yoldaşlıq oyununda üz-üzə gələcəyi daha bir rəqibi bəlli olub. Matc.az xəbər verir ki, milli komandamız gələn ay Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

İyunun 11-də baş tutacaq görüş Macarıstanın “Haladas SportKomplexum” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığma komandası bu görüşdən öncə - iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya millisi ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest