Azərbaycan Premyer Liqasında XXXIII tur başa çatıb. Matc.az xəbər verir ki, bu gün son oyun keçirilib.

“Səbail” doğma arenasında “Qəbələ”ni qəbul edib. Görüş "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda bakılılar 42 xalla 6-cı, bölgə təmsilçisi isə 17 xalla 10-cu pillədə qərarlaşıb. “Qırmızı-qaralar”ın mövsümü sonuncu sırada bitirəcəyi dəqiqdi.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni (5:0), “Zirə” “Turan Tovuz”u (2:1), “Sabah” “Araz-Naxçıvan”ı (1:0) məğlub edib, “Kəpəz”lə “Sumqayıt” (1:1) bərabərə qalıb.

Azərbaycan Premyer Liqası

XXXIII tur

6 may

“Səbail”– “Qəbələ” 2:3 

Qollar: Ramalinqom, 15 (p). Pedro Nuno, 40 (p) - Osama Xalayla, 20,56. Əyyub Allaş, 32 

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.

“ASCO Arena”

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
 
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Queta
 
Baş məşqçi: Şahin Diniyev
 
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla
 
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
 
Baş məşqçi: Kaxaber Sxadadze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest